Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları I rübdə 3,6% artıb, ödənişləri isə 0,4% azalıb

Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları I rübdə 3,6% artıb, ödənişləri isə 0,4% azalıb
# 23 aprel 2010 15:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 44,43 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 0,4% azalaraq 10,28 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 333,526 min manat, qeyri-həyat sığortası üzrə 36,490 mln. manat, icbari sığorta növləri üzrə isə 7,608 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 60,197 min manat, qeyri-həyat sığortası üzrə 8,572 mln. manat, icbari sığorta növləri üzrə isə 1,657 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (9,284 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (7,977 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (6,379 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,479 mln. manat) və «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (3,360 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 21%, 18%, 14,4%, 7,8% və 7,6% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (3,667 mln. manat və ya 36%), «Avtonəqliyyat vasitələrinin sığortası» (3,237 mln. manat və ya 31,5%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (1,468 mln. manat və ya 14,3%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR