Bank Of Baku

Bakıda maliyyə və risk menecerləri üçün likvidlik riskləri mövzusunda seminar keçiriləcək

Bakıda maliyyə və risk menecerləri üçün likvidlik riskləri mövzusunda seminar keçiriləcək
# 24 aprel 2010 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il iyunun 7-8-də Azərbaycanın Mikromaliyyə Assosiasiyası (AMA) və İtaliyanın «Mikrofinanza Rating» birgə təşkilatçılığı ilə «Mikromaliyyə institutlarında likvidlik riskləri» mövzusunda seminar keçiriəcək.
AMA-dan «APA-Economics»ə verilən məlumata görə, seminar maliyyə və risk menecerləri, icraçı direktorlar, müşahidəçi məmurlar, konsultantlar və mikromaliyyə tədqiqatçıları üçün nəzərdə tutulub.

Seminarda potensial likvidlik riski və gözlənilməz vəziyyətlərin planlaşdırılması üçün tövsiyələr, proyeksiyalar və ehtimalları nəzərə almaqla aktivlər və likvidlik strukturunun cari və dinamik təhlili, həmçinin likvidlik riskinin ölçülıməsi, limitlərin müəyyənləşdirilməsi üçün indikator təlili tədris olunacaq.

Qeyd edək ki, seminar AMA üzvləri üçün 700 manat təşkil edir.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR