Bank Of Baku

“Fitch Ratings” MDB şirkətləri üzrə proqnozlarını sabitləşdirir

“Fitch Ratings” MDB şirkətləri üzrə proqnozlarını sabitləşdirir
# 24 aprel 2010 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi xüsusi hesabatında Avropa, Yaxın Şərq və Afrikanın inkişafda olan bazarların korporativ emitentləri üzrə reytinqlərində 2010-cu ilin I rübündə yaxşılaşma və sabitləşmə olduğunu bəyan edib. “APA-Economics”in məlumatına görə, bu sabitləşmə tendensiyası dünya iqtisadi artımı üzrə proqnozun yaxşılaşması, neft və digər xammal üzrə qiymətlərin artması, xüsusən MDB-də müşahidə olunan suveren reytinqlərin sabitləşməsi ilə bağlıdır.

İnkişafda olan bölgələrdə Agentlik tərəfindən reytinqlənən korporativ emitentlərindən 70%-i artıq “sabit” proqnoza malikdir, halbuki ötən ilin sonunda bu göstərici 56% olub. Eyni zamanda “neqativ” proqnoza malik olan emitentlərin xüsusi çəkisi ötən ilin sonundan 26%-dən 17%-dək enib.
“Fitch Ratings” agentliyinin proqnozuna görə, inkişafda olan bazarların şirkətlərinin gəlirliyi böhrandan əvvəlki, yəni 2007-ci ilin yekunu üzrə olan səviyyəyə 2011-ci ilin sonunda qayıdacaq. Lakin burada bəzi istisnalar vurğulanır. Belə ki, gəlirliyin böhrandan əvvəlki səviyyəyə tez bir zamanda qayıtması avtomobil istehsalı, texnoloji və tikinti materialların istehsalı sektorlarda baş verməsi gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR