Bank Of Baku

Son bir ildə «Birlikbank»ın əsas maliyyə göstəricilərində kəskin azalma olub

Son bir ildə «Birlikbank»ın əsas maliyyə göstəricilərində kəskin azalma olub
# 24 aprel 2010 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Birlikbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 53,648 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 8,4% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5,2% azalaraq 1,028 mln. manat, əhalinin əmanətləri isə dəyişməz qalaraq 40,47 min manat olub. Bankın kredit portfeli 27,6% artaraq 35,814 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 87% artaraq 4,176 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 0,2% artaraq 18,895 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 16 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 58% azalaraq 0,788 mln. manat, xərcləri isə 54% azalaraq 0,588 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 2,9 dəfə azalaraq 0,200 mln. manat olub.
Bu müddət ərzində bankda çalışan işçilərin sayı 19,2% azalaraq cari ilin aprel ayının 1-nə 42 nəfər, orta aylıq əmək haqqı 25% artaraq 150 manat təşkil edib. Həmçinin cəmi müştərilərin sayı 8,7% azalaraq 1 232, o cümlədən fiziki şəxslərin sayı 27% azalaraq 495, hüquqi şəxslərin sayı isə 9,2% artaraq 737 olub.
Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlikbank» 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR