Bank Of Baku

«Muğanbank»ın daha bir filialı fəaliyyətə başlayıb

«Muğanbank»ın daha bir filialı fəaliyyətə başlayıb
# 26 aprel 2010 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğanbank» ASC-nin Biləsuvarda filialı fəaliyyətə başlayıb. Bununla da bankın filiallarının sayı 28-ə çatıb ki, onlardan da 8-i regionlarda yerləşir.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, filialın açılış mərasimində bankın İdarə Heyətinin sədri Elmir Həsənov, İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov, həmçinin bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov iştirak ediblər.

Ş.Ələkbərovun sözlərinə görə, Biləsuvar filialının açılması regional filial şəbəkəsinin optimallaşdırması istiqamətində atılan addımlardan biridir. “Muğanbank”ın müştərilərinin sayı günü-gündən artır və biz müştərilərə rahat olan yerlərdə yeni filiallar açmaqla onlara daha yaxşı xidmət göstərməyə çalışırıq”, - deyə Ş.Ələkbərov qeyd edib.

Qeyd edək ki, Biləsuvar şəhəri, Nizami küçəsi-57 ünvanında yerləşən filialda müştərilərə cari və depozit hesabları, pul köçürmələri, «Visa» və «MasterCard» plastik kartları da daxil olmaqla bütün növ bank xidmətləri göstərilir.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ili aprel ayının 1-nə bankın aktivlərinin həcmi 154,606 mln. manat, depozit portfeli 55,608 mln. manat, kredit portfeli 108,060 mln. manat, məcmu kapitalı 22,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR