Bank Of Baku

“UniLeasing”in təşəbbüsü ilə Azərbaycanda Resale.az adlı layihəyə start verilib

“UniLeasing”in təşəbbüsü ilə Azərbaycanda Resale.az adlı layihəyə start verilib
# 26 aprel 2010 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin təşəbbüsü ilə Azərbaycanda satışda olan kredit/lizinq obyektləri haqqında online informasiya bazası fəaliyyətə başlayıb.

«UniLeasing» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Resale.az adlı ictimai layihə Azərbaycan ərazisində fəaliyyət göstərən kredit müəssisələri tərəfindən, eləcə də obyekt sahibi olan fiziki və hüquqi şəxslər tərəfindən satışa çıxarılmış kredit/lizinq obyektləri üzrə online informasiya bazasıdır.

Layihənin əsas məqsədi kredit/lizinq obyektlərinin satıcı və alıcıları üçün vahid məkanın yaradılmasıdır. Resale.az çərçivəsində istənilən fiziki və ya hüquqi şəxs avtomobil, daşınmaz əmlak, texnika, avadanlıq və digər kredit/lizinq obyektlərinin alınıb-satılması haqqında məlumatı www.resale.az saytında pulsuz olaraq yerləşdirə bilər.

Resale.az maraqlı olan bütün şəxslərə layihənin gündəlik xəbərlərinə - məlumatlar bazasının yenilənməsinə email vasitəsilə abunə olmağa imkan yaradır. Bundan başqa, yaxın vaxtlarda layihənin xəbərlərini gündəlik olaraq SMS vasitəsilə göndərmə (yalnız Azercell abonentləri üçün), eləcə də layihənin çap versiyasının aylıq poçt vasitəsilə xəbər göndərmə xidməti fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR