Bank Of Baku

«Bank of Baku»nun mənfəəti son bir ildə 27% artıb

«Bank of Baku»nun mənfəəti son bir ildə 27% artıb
# 26 aprel 2010 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 194,586 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 17% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 40,7% artaraq 102,052 mln. manat, kredit portfeli 9,4% artaraq 138,314 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 22,6% artaraq 108,476 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 23,2% artaraq 36,497 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 7,7% artaraq 10,512 mln. manata, xərcləri isə 0,1% artaraq 6,992 mln. manata çatıb. Nəticədə son bir il ərzində bankın mənfəəti 27% artaraq 3,520 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 24 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR