Bank Of Baku

Xəyal Məmmədxanlı «Alfa Sığorta» şirkətinin Direktorlar Şurasının sədri təyin olunub - FOTO

Xəyal Məmmədxanlı «Alfa Sığorta» şirkətinin Direktorlar Şurasının sədri təyin olunub -<font color=red> FOTO</font>
# 26 aprel 2010 12:27 (UTC +04:00)
Bakı . Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Alfa Sığorta» ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin Direktorlar Şurasına Xəyal Xasay oğlu Məmmədxanlı rəhbərlik edəcək.
Qeyd edək ki, bu təyinata qədər Xəyal Məmmədxanlı Beynəlxalq Sığorta Şirkətində, Azərbaycan Sığortaçılar Birliyində, «AzSığorta» şirkətində və «AFB Bank»da rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərinə xidmətlər təklif edir. Cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 0,28 mln. manat, ödənişləri isə 0,04 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR