Bank Of Baku

«DekaBank»ın mənfəəti son bir ildə 26% azalıb

«DekaBank»ın mənfəəti son bir ildə 26% azalıb
# 26 aprel 2010 12:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DekaBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 33,133 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 5,46% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,2% genişlənərək 8,323 mln. manat, kredit portfeli 6,2% artaraq 25,740 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8,7% artaraq 9,888 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 13,5% artaraq 13,772 mln. manat, o cümlədən nizamnamə kapitalı 29,7% artaraq 12,439 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 16,4% azalaraq 1,657 mln. manat, xərcləri isə 4,3% artaraq 677 min manat olub. Nəticədə bankın mənfəəti son bir il ərzində 26% azalaraq 981 min manat təşkil edib.

«DekaBank» 1992-ci ildə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın 6 filialı, 1 bankomatı və 16 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR