Bank Of Baku

AİB Azərbaycanın bir sıra bankları ilə Ticarətin Maliyyələşdirilməsi Mexanizmi Proqramı sazişlərini imzalayacaq

AİB Azərbaycanın bir sıra bankları ilə Ticarətin Maliyyələşdirilməsi Mexanizmi Proqramı sazişlərini imzalayacaq
# 26 aprel 2010 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprelin 28-də Asiya İnkişaf Bankı (AİB) Ticarətin Maliyyələşdirilməsi Mexanizmi Proqramı (TMMP) çərçivəsində Azərbaycanın bir sıra bankları ilə sazişlər imzalayacaq ki, bu da yerli bankların beynəlxalq ticarətdə iştirak etməsini, regional və qlobal biznes şəbəkəsinə sıx inteqrasiyasını təmin edəcək.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, TMMP çərçivəsində beynəlxalq ticarətdə əməliyyatları dəstəkləmək məqsədilə beynəlxalq banklar və AİB-in inkişaf etməkdə olan üzv ölkələrinin bankları ilə birgə və onların vasitəsilə kreditlərin və zəmanətlərin verilməsi təklif olunur: «Sazişləri imzalamaq üçün aprelin 27-də AİB-in özəl sektor və kapital bazarları şöbəsinin ticarətin maliyyələşdirilməsi bölməsinin rəhbəri Steven Beck Azərbaycana səfər edəcək».

Qeyd edək ki, 2006-2008-ci illər ərzində Azərbaycanın 4 bankı («Access Bank», «AGBank», «Bank of Baku» və «Bank Respublika») bu proqramda iştirakla bağlı müqavilə imzalayıb. İlkin büdcəsi 1 mlrd. ABŞ dolları olan TMMP proqramı ticarətin dəstəklənməsi məqsədilə beynəlxalq və üzv ölkələrin bankları ilə əməkdaşlıq etməklə maliyyə və bank təminatı verir.

Xatırladaq ki, 2004-cü ildən icrasına start verilən bu proqramın portfeli rellover tipli olduğundan və özəl sektoru cəlb etdiyindən, 2013-cü ilə qədər ticarətin maliyyələşdirilməsinə ümumilikdə 15 mlrd. dollar sərf olunacaq.

Ötən ildə TMMP çərçivəsində ticarət əqdləri üçün 1,9 mlrd. dollar məbləğində vəsait təmin edilib ki, bu da 2008-ci illə müqayisədə 4 dəfə çoxdur və 263 kiçik və orta həcmli müəssisələr tərəfindən həyata keçirilən əməliyyatlar maliyyələşdirilib.

Qeyd edək ki, Əfqanıstan, Azərbaycan, Monqolustan və Özbəkistanın bankları artıq AİB-in TMMP proqramında iştirak edir və AİB 2010-cu ilin ikinci yarısında digər Mərkəzi Asiya ölkələrinin banklarının bu proqrama qoşulacağını ehtimal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR