Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 41% genişləndirib

«Texnikabank» son bir ildə depozit portfelini 41% genişləndirib
# 10 fevral 2011 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci il fevral ayının 1-nə 496,880 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 41% genişlənərək 247,061 mln. manat, kredit portfeli 5,3% artaraq 368,085 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 30% azalaraq 27,658 mln. manat olub.

Bununla yanaşı, bankın məcmu kapitalı 8,2% artaraq 64,545 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 17,4% azalaraq 4,258 mln. manat, xərcləri isə 27% azalaraq 3,510 mln. manat olub. Nəticədə, son bir ildə bankın əldə etdiyi mənfəətin həcmi 2,4 dəfə artaraq 0,748 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 60 bankomatı, 115 POS-terminalı və 633 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR