Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayə ötən il 51% artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayə ötən il 51% artıb
# 16 fevral 2011 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatına 8,2 mlrd. ABŞ dolları həcmində xarici investisiya yönəldilib. Bu isə əvvəlki ilin analoji göstəricisinə nisbətən 50,8% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 43,8%-i (3 614,9 mln. dollar) iqtisadiyyata birbaşa investisiyalar, 41,3%-i (3 405,9 mln. dollar) isə maliyyə kreditləri şəklində daxil olub.

Qeyri-neft sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi əvvəlki illə müqayisədə 5,6% artaraq 659,6 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR