Bank Of Baku

«ABB-Moskva» ötən il mənfəətini 2,5 dəfə artırıb

«ABB-Moskva» ötən il mənfəətini 2,5 dəfə artırıb
# 17 fevral 2011 07:30 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») 2010-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirib. APA-nın Moskva bürosunun verdiyi məlumata görə, bankın İdarə Heyətinin sədri Fuad Abdullayev ötən ilin bank üçün əsas maliyyə göstəricilərinin yaxşılaşması və uğurlu inkişaf dövrü olduğunu söyləyib. Onun sözlərinə görə, 2010-cu il ərzində bankın məcmu aktivləri 23% artaraq 2011-ci il yanvarın 1-nə 17 766 mln. rubla çatıb, bankın məcmu kapitalı isə 27,6% artaraq 1,567 mln. rubla bərabər olub. «İl ərzində bankın mənfəəti 146,6% artaraq 95,4 mln. rubl olub. Ötən ilin oktyabrın 1-nə olan məlumata görə, «ABB-Moskva» RBK reytinqində xalis aktivlərin həcminə görə 143-cü, kredit portfelinə görə 128-ci, hüquqi şəxslərə verilmiş kreditlərə görə 111-ci yeri tutub», - deyə F.Abdullayev bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə müştərilərin hesablarındakı pul vəsaitlərinin qalıqları dinamik şəkildə artaraq 5 090 mln. rubla çatıb. Fiziki şəxslərin hesablarındakı vəsaitlər il ərzində 95,7% artaraq 2 168 mln. rubla, hüquqi şəxslərin hesablarındakı vəsaitlər isə 6,5% artaraq 2 921 mln. rubla çatıb.
F.Abdullayev il ərzində bankın kredit portfelinin 20,1% artaraq 11 129 mln. rubla, hüquqi şəxslərə verilmiş kreditlərin həcminin isə 11,1% artaraq 9 445 mln. rubla çatdığnı bildirib: «ABB-Moskva» banklararası kredit bazarında fəal operatordur və ötən il ərzində bu bazarda cəlb etdiyi vəsaitin həcmini 36,1% artıraraq 11 445 mln. rubla çatdırıb. Keçən il 106 mln. dollar məbləğində 115 min pulköçürmə əməliyyatı aparılıb. Bu əməliyyatlar əsasən Rusiya ilə Azərbaycan arasında həyata keçirilib. «Visa» və «MasterCard» sistemlərinə aid bank kartlarının emissiyası 26 min vahidə çatıb, bu ilitn əvvəlinə bank kartlarına xidmət göstərmək üçün 169 POS-terminal və 39 bankomat quraşdırılıb. «ABB-Moskva» 2010-cu ili müsbət nəticələrlə başa vuraraq Rusiyanın davamlı bankı sertifikatına sahib olub. Qeyd edim ki, 100% Azərbaycan kapitalına əsaslanan «ABB-Moskva» hazırda Rusiyanın 150 ən iri bankından biridir».
Qeyd edək ki, bu ilin yanvarın 5-də 1 Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi 0,0261 AZN, ABŞ dollarına qarşı isə 0,0330 USD təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR