Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb
# 17 fevral 2011 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2011-ci ilin yanvar ayı üzrə 1,17 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2010-cu ilin eyni göstəricisinə nisbətən indeks 0,22 bənd və ya 15,8% azalıb:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. İndeksin azalması əhalinin gəlirlərinin iki əsas xərclər istiqamətini üstələmə həcminin azaldığını göstərir ki, bu da makroiqtisadi baxımdan mənfi amildir və ilk növbədə əhalinin yığım qabiliyyətinin azalmasından xəbər verir. İndeksin 1-dən aşağı olması isə gəlirlərin əsas xərclərin ödənilməsinə kifayət etmədiyini göstərir, lakin bu, Azərbaycanda müşahidə olunmayıb.

İndeksin dinamikasına gəldikdə isə, indeksin azalması kəskin olsa da, mövsümi amillərlə bağlıdır, çünki göründüyü kimi, həmin azalma ötən ilin yanvarında da müşahidə olunub, sonradan isə onun artması baş verib.

Qeyd edək ki, 2011-ci ilin yanvarında pərakəndə əmtəə dövriyyəsi 1 224,1 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 411 mln. manat, əhalinin gəlirləri isə 1 910,7 mln. manat təşkil edib. Beləliklə, gəlirlərin əsas xərcləri üstələməsinin həcmi 2011-ci ilin yanvarında 275,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR