Bank Of Baku

Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb
# 17 fevral 2011 10:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin yanvar ayı üzrə 73,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, dekabr ayında indeks 141%, noyabrda isə 97,1%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, 2011-ci ilin yanvar ayında ümumi pərakəndə dövriyyəsi 1 224,1 mln. manat, ötən ilin dekabrında 1 666,4 mln. manat, noyabrda isə 1 182,3 mln. manat təşkil edib.

RSI indeksinin kəskin azalması ilk növbədə dekabrda həmin göstəricinin kəskin artmasının nəticəsidir ki, bu da öz növbəsində hər ilin sonunda baş verir. Belə ki, hər ilin sonunda əhali tərəfindən mal alışı artır və növbəti ayda aylıq müqayisədə azalma baş verir.

Ümumilikdə isə indeksin azalması adətən mənfi göstərici kimi qəbul olunur, çünki pərakəndə dövriyyənin artım tempinin azalmasından xəbər verir. İndeksin 100%-dən aşağı olması isə ümumiyyətlə dövriyyənin azalması göstərir. Lakin yanvar ayında bu fakt ilk növbədə mövsümi amillərlə bağlı olduğundan, azalma ciddi göstərici kimi qiymətləndirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR