Bank Of Baku

Mayda MONEYVAL-un qiymətləndirmə missiyası Azərbaycana gələcək

Mayda MONEYVAL-un qiymətləndirmə missiyası Azərbaycana gələcək
# 17 fevral 2011 10:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Çirkli pulların yuyulmasına qarşı mübarizədə qanunsuz gəlirlər müsadirə edilməli və həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Şurasının MONEYVAL Komitəsinin icraçı katibi Con Rinqut bildirib.

MONEYVAL-un icraçı katibi bildirib ki, Azərbaycanda çirkli pulların yuyulması ilə bağlı qanunvericilik MONEYVAL və FATF təşkilatlarının tələblərinə və standartlarına tamamilə uyğun gəlir. Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliklərə tamamilə əməl etdiyini deyən MONEYVAL rəhbəri irəliləyişlərin bundan sonra da davam edəcəyinə ümid edib.

Bundan sonrakı addımlara gəlincə, C.Rinqut bildirib ki, qanunvericilik bazası yaradıldıqdan sonra hər bir ölkə üçün qarşıda duran əsas problem onun effektiv həyata keçirilməsini təmin etməkdir: «Bu o deməkdir ki, Maliyyə Monitorinq Xidməti yaradıldıqdan sonra müxtəlif əməliyyatlar barədə məlumat toplanmalı və onlarla bağlı növbəti addımlar atılmalıdır. Bura cinayətkarların aşkarlanması və onların gəlirlərinin əllərindən alınması – müsadirə edilməsi və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi kimi addımların effektiv şəkildə görülməsi aiddir».

Qeyd edək ki, hazırda Azərbaycanda bu sahədə görülən işlərin qiymətləndirilməsi üçün may ayında ölkəyə MONEYVAL-un qiymətləndirmə missiyasının səfəri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR