Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvarda 10% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvarda 10% artıb
# 17 fevral 2011 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni ayının səviyyəsini 10,3% üstələyərək 411 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 57,6%-i hüquqi şəxslərin müəssisələri sayəsində yaranıb və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,3% artaraq 324,6 mln. manata çatıb.

Hesabat ayında hər bir ölkə sakini orta hesabla 45,7 manatlıq və ya 3,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Ötən il pullu xidmətlərin həcmi Naxçıvan iqtisadi rayonu üzrə 17,8%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 13,8%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 12,5%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 12,3%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 11,9%, Lənkəran iqtisadi rayonu üzrə 11,9%, Abşeron iqtisadi rayonu üzrə 11,8%, Aran iqtisadi rayonu üzrə 11,1%, Bakı şəhəri üzrə 10,1%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 7,5% artıb.

Əvvəlki illə müqayisədə əhaliyə göstərilən pullu xidmətlərin artım sürəti Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy, Zaqatala, Qax, Oğuz, Qəbələ, Lənkəran, Masallı, Cəlilabad, Xaçmaz, Quba, Şabran, Göyçay, Neftçala, Biləsuvar, Ağdaş, Kürdəmir, İmişli, Tərtər, İsmayıllı, Ağsu, Şamaxı rayonlarında 11%-dən çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR