Bank Of Baku

«Qafqaz Lizinq» şirkəti ötən il mənfəətini kəskin artırıb

«Qafqaz Lizinq» şirkəti ötən il mənfəətini kəskin artırıb
# 17 fevral 2011 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz Lizinq» şirkətinin lizinq portfeli 2011-ci ilin yanvar ayının 1-nə 9,194 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin sonuna olan göstərici ilə müqayisədə 39% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin ümumi lizinq müqavilələrinin sayı 58% artaraq 685-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 2,1 dəfə artaraq 9,440 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində şirkət tərəfindən iqtisadiyyata yatırılan investisiyaların həcmi 19 dəfə artaraq 950 min manat, nizamnamə kapitalı isə 91% artaraq 2 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 8,8% artaraq 1,899 mln. manata, xərcləri isə 6,9% azalaraq 1,225 mln. manata çatıb. Nəticədə, ötən il şirkətin balans mənfəəti 61% artaraq 0,539 mln. manat olub.

Lizinq portfelinin strukturuna gəldikdə isə, portfelin 45,2%-i (ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 7,2 faiz bəndi azalıb) istehlak sektorunun, 54,8%-i isə ticarət (6,8 faiz bəndi artıb) sahəsinin payına düşüb.

Xatırladaq ki, təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» ASC 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin 11 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR