Bank Of Baku

Bakıda «Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr» mövzusunda konfrans keçiriləcək

Bakıda «Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr» mövzusunda konfrans keçiriləcək
# 17 fevral 2011 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin fevralın 25-də mühasibat uçotu və audit sahəsində Azərbaycanda aparılan islahatların, o cümlədən Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) üzrə nəticələrin müzakirə edilməsi məqsədilə Azərbaycan Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda «Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr» mövzuda konfrans keçiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransda milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi, mühasibat və maliyyə uçotu sahəsində görüləcək işlər, korporativ və büdcə sektorları üzrə maliyyə hesabatlarında şəffaflığın və hesabatların peşəkar səviyyəsinin artırılması, mühasibat və audit sahəsində maarifləndirmə işinin təşkili ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Konfransda müxtəlif dövlət orqanlarının, ictimai əhəmiyyətli qurumların, bank və sığorta təşkilatların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR