Bank Of Baku

Azərbaycanda ipoteka kreditlərinin maksimum məbləği artırıla bilər

Azərbaycanda ipoteka kreditlərinin maksimum məbləği artırıla bilər
# 17 fevral 2011 11:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankın (AMB) sədr müavini Vadim Xubanov bildirib.

Onun sözlərinə görə, hazırda ipoteka kreditlərinin verilməsi prosesinin sadələşdirilməsi üzrə işlər aparılır: «Söhbət bu prosesinin optimallaşdırılması və bürokratiyanın azaldılmasından gedir». Bununla yanaşı, V.Xubanov ipoteka şərtlərində ciddi dəyişikliklərin olacağını istisna edib: «Bu qaydalar yeni qəbul edilib».

Qeyd edək ki, ipoteka kreditlərinin maksimum məbləğinin artırılmasına ehtiyac olduğunu bir qədər əvvəl AMB-nin sədri Elman Rüstəmov da bildirib.

AİF-in xətti ilə ipoteka kreditləri 20 müvəkkil kredit təşkilatı vasitəsilə verilir. İpoteka prosesində 12 sığorta, 10 qiymətləndirici şirkətin xidmətlərindən istifadə olunur. Adi ipoteka kreditlərinin maksimum məbləği 50 min manat, ilkin ödəniş 20% olmaqla, illik 8%-lə 25 illiyə verilir. Güzəştli ipoteka kreditləri maksimum məbləği 35 min manat, ilkin ödəniş 15% olmaqla 30 illiyə, illik 4%-lə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR