Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində mənfi saldo 10 dəfə azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində mənfi saldo 10 dəfə azalıb
# 17 fevral 2011 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın MDB-yə üzv olan ölkələrlə 2010-cu il ərzində ticarət dövriyyəsinin ümumi həcmi 4 034,8 mln. ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, MDB ölkələri ilə ticarət dövriyyəsinin 1 983,9 mln. dolları ixrac, 2 050,9 mln. dollarını isə idxal təşkil edib. Nəticədə 67 mln. dollarlıq mənfi saldo yaranıb.

Əvvəlki ilə nisbətən MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 36,1%, o cümlədən ixrac 74,6%, idxal isə 12,2% artıb, mənfi saldo isə 10,3 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR