Bank Of Baku

Bu ilin yanvar ayında Azərbaycanın istehlak bazarının dövriyyəsi 8,5% artıb

Bu ilin yanvar ayında Azərbaycanın istehlak bazarının dövriyyəsi 8,5% artıb
# 17 fevral 2011 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlak bazarında əhaliyə 1,6 mlrd. manatlıq və ya 2010-cu ilin müvafiq ayına nisbətən 8,5% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında hər bir ölkə sakini orta hesabla 181,8 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. Adambaşına düşən əmtəə və xidmətlərin 168,8 manatı (92,8%-i) özəl müəssisələrin payına düşüb.

İstehlak bazarı üzrə ümumi artımın 69,4%-i ticarət fəaliyyətinin, 30,6%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR