Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda prioritet sahələrini müəyyənləşdirib

Asiya İnkişaf Bankı Azərbaycanda prioritet sahələrini müəyyənləşdirib
# 18 fevral 2011 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) növbəti bir neçə il ərzində Azərbaycanda 3 sektora diqqət yetirəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Norocono bildirib.

Onun sözlərinə görə, bunlar əsasən nəqliyyat, şəhər xidməti və enerji sahələridir. Həmçinin bank və sənaye sahələrinə də diqqət yetiriləcək.

O.Noroyono həmçinin qeyd edib ki, AİB 10 illik (1999-2009) əməkdaşlıq dövrü ərzində Azərbaycana 600-700 mln. dollar civarında vəsait, eləcə də 11,5 mln. dollar qrant ayırıb: “Növbəti 10 il ərzində prioritet sahələrimiz infrastruktur, maliyyə, təhsil, ətraf mühitin qorunması və s. olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR