Bank Of Baku

Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin modernləşməsinə əlavə vəsait ayıracaq

Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin modernləşməsinə əlavə vəsait ayıracaq
# 18 fevral 2011 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda məhkəmə sisteminin modernləşməsi layihəsinin icrasına əlavə vəsait ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.

Onun sözlərinə görə, hazırda DB Azərbaycanda «Məhkəmə sisteminin modernləşməsi Layihəsi»ni maliyyələşdirir: «Bu layihənin davamı olaraq biz Azərbaycan hökumətinə təxminən 30-32 mln. ABŞ dolları məbləğində kredit ayıracağıq. Hazırda kreditin dəqiq məbləği müəyyənləşdirilir».

J.Ouenin sözlərinə görə, bu layihəyə hakimlərin yenidən hazırlanması, məhkəmə işinin idarə edilməsi sahəsində metodların təkmilləşdirilməsi kimi işlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR