Bank Of Baku

Azərbaycanda yeni həyat sığortası şirkəti yaradılır

Azərbaycanda yeni həyat sığortası şirkəti yaradılır
# 18 fevral 2011 10:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «AtaHolding» Şirkətlər Qrupunun təsisçiliyi ilə «Ata Həyat Sığorta» şirkəti yaradılır. Bunu «APA-Economics»ə açıqlamasında «AtaSığorta» şirkəti İdarə Heyətinin sədri Tamerlan Hacıyev bildirib.

T.Hacıyevin sözlərinə görə, həyat sığortası üzrə lisenziya almaq məqsədi ilə müvafiq sənədlər gələn həftə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim ediləcək.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət 23 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 4,240 mln. manat, sığorta ödənişləri isə 1,070 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR