Bank Of Baku

Dünya Bankı bu il Azərbaycanda iki yeni layihənin icrasına başlayacaq

Dünya Bankı bu il Azərbaycanda iki yeni layihənin icrasına başlayacaq
# 18 fevral 2011 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Dünya Bankı Azərbaycanda iki yeni layihənin icrasına başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.

Onun sözlərinə görə, yeni layihələr kapital bazarının müasirləşdirilməsi və irriqasiya sahələrini əhatə edir: «Hazırda iriiqasiya layihəsi üzrə Azərbaycan hökuməti ilə danışıqlar aparırıq. Bu layihəyə Bank təxminən 18 mln. ABŞ dolları ayıracaq».

C.Ouen onu da bildirib ki, 2012-ci ildə DB Azərbaycanda ali təhsil sahəsi üzrə də yeni layihənin icrasına başlamaq niyyətindədir: «Həmçinin, 2012-ci ildə Azərbaycanda məhkəmə sisteminin modernləşməsi layihəsi üzrə əlavə vəsait ayırmağı planlaşdırırıq. Vəsaitin həcmi təxminən 30-32 mln. dollar təşkil edəck».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycanda 18 layihə üzrə aktiv portfeli 2,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR