Bank Of Baku

«Muğan Bank» ötən il mənfəətini 5 dəfə artırıb

«Muğan Bank» ötən il mənfəətini 5 dəfə artırıb
# 18 fevral 2011 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 208,675 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəricisi ilə müqayisədə 39% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 35,3% artaraq 135,271 mln. manat, o cümlədən istehlak kreditləri 16% azalaraq 19,261 mln. manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlər 96% artaraq 18,508 mln. manat, vaxtı keçmiş kreditlər isə 4,9% artaraq 1,252 mln. manat olub.

Bankın depozit portfeli 40,2% genişlənərək 82,358 mln. manata, o cümlədən əhalinin əmanətləri 27% artaraq 56,562 mln. manata, müddətli depozitlər 25% artaraq 52,821 mln. manata, tələb olunanadək depozitlər isə 79% artaraq 29,357 mln. manata çatıb.

Həmçinin, bankın məcmu kapitalı 15% artaraq 25,069 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,3% artaraq 20 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 51% artaraq 23,649 mln. manat, xərcləri isə 41% artaraq 21,400 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 4,9 dəfə artaraq 2,249 mln. manata çatıb.

Bu dövr ərzində bankın müştərilərinin sayı 31% artaraq 43 259, aktiv plastik kartların sayı 14% azalaraq 7 417, həmçinin işçilərinin sayı 12,3% artaraq 481 nəfər təşkil edib.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 30 filialı, 35 bankomatı və 73 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR