Bank Of Baku

Avropa İttifaqı qlobal iqtisadi böhrandan çıxmaq üçün Ermənistana 100 mln. avro ayıracaq

Avropa İttifaqı qlobal iqtisadi böhrandan çıxmaq üçün Ermənistana 100 mln. avro ayıracaq
# 21 fevral 2011 07:43 (UTC +04:00)
APA-Economics”in “Arminfo”ya istinadən xəbərinə görə, bu barədə Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin informasiya mərkəzindən məlumat verilib.

Bu maliyyə yardımı 2011-ci ildə Ermənistanın tədiyyə balansının tələbatının ödənilməsinə hesablanmış, Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı ilə razılaşdırılmış iqtisadi proqramların reallaşdırılması şərtlərindən biridir.

Yardımın 40 mln. avro həcmində birinci tranşı “Qarşılıqlı anlaşma haqqında” Memorandumun və “Kredit və qrant haqqında” razılaşmanın Ermənistan parlamenti tərəfindən ratifikasiyasından sonra ayrılacaq. İkinci tranşın isə 2011-ci ilin payızında ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, qlobal iqtisadi böhranın Ermənistan iqtisadiyyatına təsiri nəticəsində 2009-cu ildə ÜDM-in həcmi 14,2%-ə düşüb. Ötən il müvafiq makroiqtisadi siyasət tərəfindən dəstəklənən iqtisadi fəallıq bərpa olunub, ÜDM 4% artıb. Bununla belə, cari hesabın böyük kəsirinin maliyyələşdirilməsi hələ də qeyri-müəyyən olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR