Bank Of Baku

«Atəşgah Həyat» şirkəti indiyədək 31 minə yaxın işçini yeni qəbul olunmuş icbari sığorta növü üzrə sığortalayıb

«Atəşgah Həyat» şirkəti indiyədək 31 minə yaxın işçini yeni qəbul olunmuş icbari sığorta növü üzrə sığortalayıb
# 21 fevral 2011 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti indiyədək «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 1 316 sığorta müqaviləsi bağlayıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə «Atəşgah Həyat» şirkəti İdarə Heyətinin sədr müavini Əkbər Mədətli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, bağlanmış sığorta müqavilələri üzrə 30 724 nəfər sığortalanıb: «Müəssisə və təşkilatlarla bağlanan müqavilələr üzrə məcmu toplanmış sığorta haqlarının həcmi 542 min manat təşkil edib. Regionları nəzərə alsaq deyə bilərəm ki, artıq rayonlarda 100-dən çox bu icbari sığorta növü üzrə müqavilə imzalanıb».

Ə.Mədətli bildirib ki, bu icbari sığorta növü üzrə portfeldə iri müəssisə və təşkilatlara rast gəlmək qeyri-mümkündür, indiyədək kiçik və orta sahibkarlıq subyektləri sığortalanıb. İri dövlət və özəl təşkilatlar isə hazırda qərarvermə mərhələsindədir, 2011-ci il üçün büdcələrini təsdiq edir. «Ümid edirəm ki, bir müddət sonra həmin təşkilatlar da öz işçilərini sığortalamağa başladıqdan sonra sığorta bazarı canlanacaq», - deyə şirkət rəsmisi vurğulayıb.

Ə.Mədətli həmçinin qeyd edib ki, «Atəşgah Həyat»ın bu sığorta növü üzrə portfelində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin payı olduqca azdır: «Neft şirkətləri də işçilərin icbari sığortanması ilə bağlı hələ son qərarlarını verməyib».

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə Azərbaycanda həyat sığortası üzrə yaradılan ilk şirkət olub. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 1,078 mln. manat, sığorta ödənişləri isə 24,52 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR