Bank Of Baku

«Qala Həyat» şirkəti yeni icbari sığorta növü üzrə indiyədək 900 müqavilə bağlayıb

«Qala Həyat» şirkəti yeni icbari sığorta növü üzrə indiyədək 900 müqavilə bağlayıb
# 21 fevral 2011 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə indiyədək 300 min manata yaxın sığorta haqqı toplayıb.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə bu gün keçirilən tədbirdə «Azre» təkrarasığorta şirkəti İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

V.Abbasovun sözlərinə görə, şirkət tərəfindən indiyədək bağlanmış 900 sığorta müqaviləsi üzrə 50 min işçi sığortalanıb: «Bu sığorta növü üzrə portfeldə bütün kateqoriyalara aid müştərilər mövcuddur, hətta «Atəşgah Həyat» və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin işçiləri də «Qala Həyat» tərəfindən sığortalanıb».

V.Abbasov mövcud vəziyyətdə həyat sığortası üzrə ixtisaslaşmış kadrlara ehtiyac duyulduğunu da bildirib: «Bazarda həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ixtisaslı işçilərin şirkətə cəlb edilməsi vacibdir. Əks halda, yəni qeyri-ixtisaslı kadrın olması işin düzgün aparılmasına şərait yaratmayacaq».

V.Abbasov həmçinin qeyd edib ki, şirkətin bu icbari sığorta növünə aid yığımlarının 2011-ci il üzrə proqnozu I rübün maliyyə yekunlarından sonra açıqlanacaq.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat» ASC-yə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR