Bank Of Baku

Gümüşün qiyməti 30 illik maksimuma çatıb

Gümüşün qiyməti 30 illik maksimuma çatıb
# 21 fevral 2011 10:56 (UTC +04:00)
Ötən həftənin sonunda Nyu-York birjasında gümüşün bir unsiyasının qiyməti 31 dollara çatıb. Bu, ötən ilin avqustuna (18,4 dollar) nisbətən 38%, 10 il bundan əvvələ (4,5 dollar) nisbətən isə 7 dəfə artıqdır.

«APA-Economics»in məlumatına görə, qiymət artımının əsas səbəbi gümüşə sənaye müəssisələri və investorların tələbatının yüksəlməsi ilə bağlıdır. Hazırda investorları maraqlandıran əsas məsələ qiymət artımının bundan sonra da davam edib-etməyəcəyidir. Ekspertər qiymət artımının davam edəcəyini bildirirlər – səbəbi gümüşün investisiya baxımından artıq qızıldan da cəlbedici olmasıdır. Hərçənd bəzi rəylərə görə, qiymətlər qarşıdakı 12 ayda yenidən 20 dollarlıq həddə enə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR