Bank Of Baku

Bu həftə sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək

Bu həftə sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək
# 21 fevral 2011 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən fevral ayının 25-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün fevralın 24-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.
Qeyd edək ki, sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR