Bank Of Baku

«VTB Azerbaijan»ın əsas maliyyə göstəriciləri ötən il kəskin azalıb

«VTB Azerbaijan»ın əsas maliyyə göstəriciləri ötən il kəskin azalıb
# 21 fevral 2011 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «VTB Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 26,790 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 15% azdır.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 3,6 dəfə artaraq 15,271 mln. manat, o cümlədən istehlak kreditləri 54% azalaraq 0,137 mln. manat, depozit portfeli 49% azalaraq 1,767 mln. manat, o cümlədən əhalinin əmanətləri 65% azalaraq 1,160 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 21% azalaraq 19,726 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 23,815 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 58% artaraq 3,089 mln. manat, xərcləri isə 62,2% artaraq 5,700 mln. manat olub. Nəticədə, son bir ildə bankın zərəri 2,8 dəfə artaraq 4,472 mln. manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 7,7 dəfə artaraq 1 011, o cümlədən fiziki şəxslərin sayı 9,9 dəfə artaraq 870, hüquqi şəxslərin sayı isə 3,3 dəfə artaraq 141 olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC (51%), «AtaHolding» Şirkətlər Qrupu (48,99%) və fiziki şəxslər (0,01%) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR