Bank Of Baku

«Paşa Həyat» sığorta şirkəti bu il yeni icbari sığorta növü üzrə 7 mln. manat həcmində vəsait toplayacağını proqnozlaşdırır

«Paşa Həyat» sığorta şirkəti bu il yeni icbari sığorta növü üzrə 7 mln. manat həcmində vəsait toplayacağını proqnozlaşdırır
# 21 fevral 2011 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti son 5 gün ərzində «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 100 min manatdan çox sığorta haqqı toplayıb. «APA-Economics»in məlumatına görə, bunu «Paşa Həyat» sığorta şirkəti İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, artıq 20 sığorta müqaviləsi üzrə şirkət tərəfindən 5 minə yaxın işçi sığortalanıb.

N.İsmayılov bildirib ki, 2011-ci il ərzində şirkət bu icbari sığorta növü üzrə 7 mln. manat həcmində sığorta haqları toplayacağını proqnozlaşdırır: «Bu ilki planlara əsasən, həmçinin şirkət tərəfindən bazara yeni sığorta məhsullarının təqdim edilməsi də gözlənilir».

N.İsmayılov mart ayının ortalarında şirkətin rəsmi veb-saytının da istifadəyə veriləcəyini bildirib: «Saytda sığorta sahəsində, o cümlədən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə maarifləndirici məlumatlar yerləşdiriləcək. Həmçinin, bu sayt vasitəsi ilə müştərilər sığorta şəhadətnamələrini on-line rejimdə sifariş verə biləcək, eyni zamanda müştərilər bu sığorta növü üzrə sığorta məbləğini və haqlarını hesablaya biləcəklər».

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevralın 14-də verilib və həmin gündən şirkət rəsmən fəaliyyətə başlayıb. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, Təftiş Komissiyasının sədri isə Ülviyyə Cabbarovadır. Cari ilin fevralın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR