Bank Of Baku

«Parabank» ASC «SMS Xəbərdarlıq» xidmətini təqdim edib

«Parabank» ASC «SMS Xəbərdarlıq» xidmətini təqdim edib
# 22 fevral 2011 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Visa» plastik kartları üçün «SMS Xəbərdarlıq» xidmətini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kart sahibləri real vaxt rejimində yerləşdiyi ərazidən və vaxtdan asılı olmayaraq SMS vasitəsi öz şəxsi hesablarını nəzarət edəcək, apardıqları əməliyyatlar haqqında məlumat alacaqlar.

«SMS Xəbərdarlıq» xidmətindən istifadə etmək üçün ölkədə fəaliyyət göstərən istənilən mobil rabitə operatorunun abonenti olmaq kifayətdir. Bu xidmətdən istifadə etməklə müştəri plastik kartına hər zaman nəzarət edə biləcək. Qeyd edək ki, bu xidmətə qoşulmaq üçün və bu xidmətdən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın hazırda ölkə üzrə 16 filialı və 1 şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR