Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkətinin bu il yeni qəbul olunmuş icbari sığorta növü üzrə 8 mln. manat vəsait toplayacağı gözlənilir

«Atəşgah Həyat» sığorta şirkətinin bu il yeni qəbul olunmuş icbari sığorta növü üzrə 8 mln. manat vəsait toplayacağı gözlənilir
# 22 fevral 2011 08:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 2011-ci ildə toplayacağı yığımlarla bağlı proqnozlarını açıqlayıb.

«Atəşgah Həyat» sığorta şirkəti İdarə Heyətinin sədr müavini Əkbər Mədətlinin «APA-Economics»ə verdiyi məlumata görə, cari ildə bu sığorta növü üzrə şirkətin 7-8 mln. manat həcmində sığorta haqqı toplayacağı gözlənilir: «Müəssisə və təşkilatlarla bağlanmış müqavilələr üzrə toplanan sığorta haqları 542 min manat təşkil edir. İndiyədək 1 316 sığorta müqaviləsi üzrə 30 724 nəfər sığortalanıb».

Ə.Mədətli həmçinin bildirib ki, bu il «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə yerli bazarın potensialı 30-40 mln. manat həcmində proqnozlaşdırılır: «Lakin verilən bu proqnoz özünü doğrultmaya da bilər».

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə Azərbaycanda həyat sığortası üzrə yaradılan ilk şirkət olub. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 1,078 mln. manat, sığorta ödənişləri isə 24,52 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR