Bank Of Baku

Azərbaycan Gömrük Məcəlləsi birinci oxunuşda qəbul olunub

Azərbaycan Gömrük Məcəlləsi birinci oxunuşda qəbul olunub
# 22 fevral 2011 11:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Gömrük Məcəlləsinin layihəsi müzakirə olunub.

APA-nın xəbərinə görə, layihə barədə parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, müzakirəyə çıxarılan layihə 66 fəsil və 366 maddədən ibarətdir. Daha sonra layihə ilə bağlı müzakirələr keçirilib və birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, Gömrük Məcəlləsinin layihəsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzit keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları müəyyən edir, eləcə də şəxslərin gömrük işi sahəsində hüquq və öhdəliklərini nizama salır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR