Bank Of Baku

«TBC Kredit» növbəti endirim aksiyası keçirir

«TBC Kredit» növbəti endirim aksiyası keçirir
# 22 fevral 2011 12:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar girovsuz «Təcili pul» kredit məhsuluna 2%-lik endirim aksiyası keçirir.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, kreditlə bağlı müraciət edən hər bir müştəri 2% endirim qazanır. Hazırda kredit üzrə minimal illik faiz dərəcəsi 20% təşkil edir. Aksiya mart ayının 31-dək davam edəcək.

Qeyd edək ki, «Təcili pul» girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Bu kredit üzrə maksimal məbləğ 10 min manat, maksimal müddət isə 24 ay təşkil edir. Adıçəkilən məhsul üzrə kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.

«TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR