Bank Of Baku

«Fitch Ratings» inkişafda olan ölkələrə kreditləşməni azaltmağı tövsiyə edir

«Fitch Ratings» inkişafda olan ölkələrə kreditləşməni azaltmağı tövsiyə edir
# 03 iyun 2011 08:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə agentliyin «İnkişafda olan bazarların bank sistemləri üzrə məlumatlar» adlı xüsusi hesabatında deyilir.

Hesabatda vurğulanır ki, MDB və Mərkəzi və Şərqi Avropa ölkələrinin bank sistemlərində leverec hələ də yüksək səviyyədədir və bu bazarlarda kreditlərin dəyərsizləşmə göstəricisinin yalnız 2011-ci ildə sabitləşməsi gözlənilir. Qeyd edək ki, leverec cəlb olunmuş vəsaitlərin bankın öz vəsaitlərinə nisbətidir və bu nisbət yüksəldikcə bankın riskləri artır.

«Fitch Ratings» bildirir ki, 2010-cu ilin ikinci yarısında və 2011-ci ilin I rübündə Çin, Türkiyə, Hindistan və Braziliya kimi ölkələrdə kreditlərin sürətlə artımı müşahidə olunub və tənzimləyici orqanlar bu artımı müəyyən dərəcədə saxlamaq istəyir, çünki bu, faiz dərəcələri və məzənnələrə yüksəldici təsir edə bilər. Eyni zamanda bəzi ölkələrdə, o cümlədən Argentina, Gürcüstan, İndoneziya, Peruda kreditləşmə ilə bağlı olan risklərin tədricən azaldığı qeyd olunur. Mərkəzi və Şərqi Avropada isə kreditlərin dəyərsizləşməsi prosesi sürətlənib ki, vəziyyət yalnız 2011-ci ildə yaxşılaşa bilər.

Agentlik Qazaxıstan, Ukrayna, Latviya, Litva kimi ölkələrdə problemli kreditlərin yüksək həcmləri probleminin həllinə xüsusi diqqət yetir. Agentlik bununla bağlı narahatlığını bildirir, xüsusən bu, kapitalın keyfiyyəti və kreditlərin ehtiyatlarla təminatı məsələləri ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR