Bank Of Baku

«Atəşgah Sığorta» daha bir iri ödəniş həyata keçirib

«Atəşgah Sığorta» daha bir iri ödəniş həyata keçirib
# 03 iyun 2011 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti 2011-ci ilin may ayında KASKO sığortası üzrə növbəti iri sığorta ödənişini həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, məbləği 54 331 manat təşkil edən sığorta ödənişi sığortalıya aprelin 16-da Bakı şəhərinin Sabunçu rayonu ərazisində toqquşma zamanı zərər dəymiş «Mercedes S 600» markalı avtomobil üçün verilib.

Qeyd edək ki, 2011-ci ilin əvvəlindən «Atəşgah Sığorta» şirkətinin KASKO sığortası üzrə ödənişlərinin ümumi həcmi 1 mln. manatı keçib.

«Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR