Bank Of Baku

Azərbaycanın valyuta bazarının həcmi son bir ildə 12% artıb

Azərbaycanın valyuta bazarının həcmi son bir ildə 12% artıb
# 07 iyun 2011 13:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin yeni «Maliyyə sabitliyi icmalı»nda bildirilir. Hesabat rübü ərzində AMB valyuta bazarında 156,6 mln. dolları həcmində xalis alış həyata keçirib.

Ümumiyyətlə, I rüb valyuta bazarının təklif kanallarında aktivliyin qorunması ilə səciyyəvi olub. Rüb ərzində daxili valyuta bazarının ümumi həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 6 030,5 mln. manat təşkil edib.

Daxili valyuta bazarının 95,6%-ni təşkil edən qeyri-mütəşəkkil valyuta bazarında (Açıq Banklararası Valyuta Bazarı (ABVB) və Bankdaxili Mübadilə Əməliyyatları (BDMƏ) isə aparılmış əməliyyatların həcmi 10,4% artıb. Hesbat dövrü ərzində qeyri-mütəşəkkil valyuta bazarının 78,2%-i BDMƏ-də aparılmış əməliyyatların payına düşüb. Mütəşəkkil banklararası valyuta bazarının (BEST) həcmi isə 1,8 dəfə artaraq 263,9 mln. manat olub və daxili valyuta bazarının 4,4%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR