Bank Of Baku

«Turanbank» yeni regional filialının açılışına hazırlaşır

«Turanbank» yeni regional filialının açılışına hazırlaşır
# 07 iyun 2011 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC iyun ayının sonunadək Xaçmaz rayonunda filialını istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Fəzail Musayev bildirib.

F.Musayevin sözlərinə görə, sayca 12-ci olacaq bu filialda müştərilərə bankın baş ofisində təklif olunan bütün bank xidmətləri təqdim ediləcək.

F.Musayev bildirib ki, təmir işləri yekunlaşdıqdan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yeni filialın inzibati binasına baxış keçirəcək və müvafiq icazədən sonra işçilərin təyinatına başlanılacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari il iyunun 1-nə nə bankın nizamnamə kapitalı 22 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR