Bank Of Baku

Azərbaycan bank sisteminin kapital adekvatlığı normadan yüksəkdir

Azərbaycan bank sisteminin kapital adekvatlığı normadan yüksəkdir
# 08 iyun 2011 09:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin məcmu kapital adekvatlığı 2011-ci ilin I rübündə 16,6% təşkil edib ki, bu da Mərkəzi Bank (AMB) tərəfindən müəyyən olunmuş minimal normadann (12%) çoxdur. Eyni zamanda, I dərəcəli kapitalın adekvatlığı ilin əvvəli ilə müqayisədə artaraq 13,5%-dən 14,4%-ə çatıb, bu da minimal normanı (6%) üstələyir. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin «Maliyyə sabitliyi icmalı»nda deyilərir.

İcmala əsasən, Bazel Komitəsinin kapitalın adekvatlığı üzrə normativ tələbi 8% səviyyəsində müəyyənləşib. Eyni zamanda, AMB-nin 12%-lik tələbnaməsi nisbətən yüksək səviyyə hesab edilir və hazırda Mərkəzi Bank tərəfindən bu göstərici üzrə tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsi və hər bir banka fərdi yanaşmanın işlənilməsi planlaşdırılır.

Qeyd edək ki, I rübdə bank sistemi üzrə məcmu kapitalın həcmi 1 911,4 mln. manat olub və ötən ilin sonundakı səviyyəni 0,8% üstələyib. Məcmu kapitalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 8,7% artıb. Kapitalın dayanıqlığı əsasən səhmdarların vəsaitləri hesabına təmin olunub. Belə ki, I rübdə məcmu nizamnamə kapitalı 1,2% artıb.

İcmala əsasən, AMB tərəfindən maliyyə sisteminin sabitliyini qorumaq məqsədi ilə bank sisteminin kapitallaşması və bankların idarə edilməsinin keyfiyyətinin artırılması Bazel III standartı çərçivəsində aparılacaq. Bu məqsədlə kapital strukturunun təkmilləşdirilməsinə xüsusi önəm veriləcək. Əlavə olaraq 2011-ci ilin fevral ayında yeni «leverec» normativinin tətbiqinə başlanılıb. Bu normativə görə, banklar balanslaşdırılmış kapitalı aktivlərə və balansdan kənar aktivlərə uyğunlaşdırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR