Bank Of Baku

«Gəncəbank»ın aktivləri son bir ildə 16% artıb

«Gəncəbank»ın aktivləri son bir ildə 16% artıb
# 27 oktyabr 2011 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabrın 1-nə 47,324 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28% artaraq 37 mln. manat, depozit portfeli isə 52% genişlənərək 4,714 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 13% artaraq 16,688 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın müştərilərinin sayı 26% artaraq 2 823-ə, o cümlədən fiziki şəxslərin sayı 25% artaraq 2 458-ə, hüquqi şəxslərin sayı isə 32% artaraq 365-ə çatıb. Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 16% artaraq 623, işçilərin sayı isə 5,5% azalaraq 69 nəfər təşkil edib.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 16 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR