Bank Of Baku

«Bank VTB Azerbaijan»ın ilk filialı açılıb

«Bank VTB Azerbaijan»ın ilk filialı açılıb
# 28 oktyabr 2011 12:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Rusiyanın «Bank VTB Azerbaijan» ASC-nin Azərbaycanda ilk filialının rəsmi açılış mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə Rusiyanın «Bank VTB» ASC-nin bir sıra yüksəkvəzifəli şəxsləri də iştirak ediblər.

Açılış mərasimində çıxış edən «Bank VTB»nın İdarə Heyətinin üzvü xanım Olqa Derqunova Azərbaycan bank sektorunun unikal olduğunu bildirib və qeyd edib ki, «Bank VTB Azerbaijan»ın ilk filialı şəhər sakinlərinə yüksək səviyyədə xidmətlər göstərəcək: «Gələcəkdə biz filial şəbəkəmizi genişləndirmək niyyətindəyik və Bakı şəhərinin, həmçinin Azərbaycanın digər iri şəhərlərində də filiallarımızı açmaq arzusundayıq».

«Bank VTB»nın «VTB Group»un regionlarda törəmə banklarında pərakəndə biznesin inkişafı üzrə direktoru xanım Nelya Nazarova qeyd edib ki, yeni filialın fəaliyyəti ilk növbədə pərakəndə, kiçik və orta biznesin inkişafına yönəldiləcək: «Hazırda filial avtomobil və nağd kreditlər təklif edir. Lakin gələcəkdə kredit məhsullarımızın sayını artırmaq niyyətindəyik ki, bu istiqamətdə müvafiq işlər aparılır. Ümumiyyətlə, biz Azərbaycanın kredit bazarının potensialına inanırıq. Gələcəkdə Azərbaycanın iri şəhərlərində daha 5-10 filial açmaq niyyətindəyik».

Qeyd edək ki, «Bank VTB Azerbaijan»ın bu gün açılan ilk filialı paytaxtın Cavadxan küçəsi,30 ünvanında («Memar Əcəmi» metro stansiyasının yaxınlığında) yerləşir. Burada mühtərilərə bütün bank əməliyyatları göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR