Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti Rusiyanın «Voennaya Straxovaya Kompaniya»sı ilə əməkdaşlığa başlayır

Beynəlxalq Sığorta Şirkəti Rusiyanın «Voennaya Straxovaya Kompaniya»sı ilə əməkdaşlığa başlayır
# 28 oktyabr 2011 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Voennaya Straxovaya Kompaniya» şirkətinin baş direktorunun müavini, könüllü tibbi sığorta mərkəzinin rəhbəri Andrey Abramov Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) dəvəti ilə Bakıda səfərdədir.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ekspert BSŞ-nin xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə şirkətin İddialar Departamentinin işi ilə tanış olaraq, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və biznes proseslərinin optimallaşdırılması istiqamətində tövsiyələr verəcək.

BSŞ-nin İdarə Heyətinin sədri Məmmədsadıx Məmmədovun sözlərinə görə, sığorta bazarında mövcud rəqabət şəraitində yüksək keyfiyyətli xidmət şirkətin müsbət nüfuzunun formalaşmasının əsas şərtlərindən biridir: «Bu səbəbdən də BSŞ qeyd olunan məsələyə xüsusi diqqət yetirməyə çalışırıq və rusiyalı ekspertin cəlb edilməsi keyfiyyətin inkişafı yolunda növbəti addımdır».

Xatırladaq ki, Rusiya üzrə 840-dan çox filial və şöbəcb olan «Voennaya Straxovaya Kompaniya» ən böyük ümumrusiya universal sığorta şirkəti olmaqla, RF-nin lider sığorta şirkətlərinin ilk beşliyinə daxildir. Şirkət hazırda 130 mindən çox müəssisəyə və 4,5 milyon vətəndaşa 100-dən çox sığorta növü üzrə xidmət göstərir.

Təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR