Bank Of Baku

«Bank VTB» Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək

«Bank VTB» Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək
# 28 oktyabr 2011 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Bank VTB Azerbaijan» ölkədə kiçik və orta biznesin inkişaf etdirilməsinə dəstək göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu «Bank VTB»nın İdarə Heyətinin üzvü xanım Olqa Derqunova bildirib.

Onun sözlərinə görə, hazırda «Bank VTB Azerbaijan» özəl sektorun inkişafına şirkətlərə o halda kredit ayırır ki, həmin şirkətin illik dövriyyəsi 2 mln. ABŞ dollarından az olmamalıdır: «Əlbəttə, Azərbaycan üçün bu yüksək həddir. Lakin əgər tələbat yaransa, biz lazımi adımlar atacağıq».

O.Derqunova onu da bildirib ki, ümumiyyətlə Bank ölkədə kiçik və orta biznesin inkişafına dəstək vermək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR