Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazların növbəti tranşı yerləşdiriləcək

Azərbaycan İpoteka Fondunun istiqrazların növbəti tranşı yerləşdiriləcək
# 29 oktyabr 2011 07:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 1-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 100,2333% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi 28 avqust 2018-ci ildir.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti bu ilin sentyabrın 23-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Bu istiqrazların yerləşdirilməsinə sentyabrın 23-də başlanılıb və hərraclarda bu günədək 6 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR