Bank Of Baku

«Bank VTB Azerbaijan» üzrə yeni Biznes Plan və İnkişaf Strategiyası hazırlanır

«Bank VTB Azerbaijan» üzrə yeni Biznes Plan və İnkişaf Strategiyası hazırlanır
# 31 oktyabr 2011 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il dekabr ayının əvvəlində «Bank VTB Azerbaijan» ASC-nin 2012-ci il üçün Biznes Planı təsdiq ediləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin üzvü Şahin Mirzəyev bildirib.

Ş.Mirzəyevin sözlərinə görə, Biznes Plana uyğun olaraq, «Bank VTB Azerbaijan»ın növbəti ildə daha iki filialının açılması nəzərdə tutulub: «Filialların yeri hələlik dəqiqləşdirilməyib, bu məsələ hazırda müzakirə olunur».

Ş.Mirzəyev bununla yanaşı bankın yeni strategiyasının da hazırlandığını bildirib. Hazırlanan hər iki sənəd ümumiyyətlə «Bank VTB»in fəaliyyətini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları rolunda Rusiyanın «VTB Bank» ASC (iştirak payı 51%), həmçinin Azərbaycanın «AtaHolding» Şirkətlər Qrupu (48,99%), fiziki şəxslər (0,01%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR