Bank Of Baku

Avropa Mərkəzi Bankının sədri: “Avrozonadakı böhranın başa çatmasından danışmaq hələ çox tezdir”

Avropa Mərkəzi Bankının sədri: “Avrozonadakı böhranın başa çatmasından danışmaq hələ çox tezdir”
# 31 oktyabr 2011 14:24 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Mərkəzi Bankının (AMB) fəaliyyət müddəti başa çatan sədri Jan Klod Trişe bildirib ki, avrozonadakı böhranın başa çatmasından danışmaq hələ çox tezdir.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, J.K.Trişe avrozona ölkələrinin liderlərini Avropa İttifaqının (Aİ) son sammitində qəbul olunmuş tədbirləri mümkün qədər tez həyata keçirməyə çağırıb.

Qeyd edək ki, Aİ-nin ötən həftə keçirilən sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.

AMB rəhbəri qeyd edib ki, ən yaxşı halda avrozona aşağı səviyyəli inflyasiyaya ümid edə bilər.

Xatırladaq ki, J.K.Trişe AMB sədri postunu bu gün tərk edir. Onun yerinə italiyalı Mario Draqi keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR